8 ayba Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,5 milyard m3-dən çox təbii qaz göndərilib
Yanvar-avqust aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 17 milyard 862,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 18,8 faiz artım müşahidə olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, 8 ayda qaz nəqlinin 36,9 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 6 milyard 587,3 milyon kubmetr təbii qaz ixrac edilib.