İngiltərənin “Times Higher Education” (THE) jurnalı “Dünyanın ən yaxşı universitetləri”nin siyahısını təqdim edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,siyahıda 500 universitetin adları yer alıb.
Reytinq siyahısı tərtib edilərkən təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınıb.
Sıralamada 1-ci yeri İngiltərənin Oksford Universiteti tutur. Bu ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. 2-ci yerdə Kaliforniya Texnologiya İnstitutu (ABŞ) və 3-cü yerdə Kembric Universiteti (Böyük Britaniya) dayanır.
Builki siyahının hazırlanmasında 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir.