Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 125 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.