logo

Narkotik bitki becərən İsmayıllı rayon sakini saxlanılıb

23:19 16-08-2019 | icon 2884
Narkotik bitki becərən İsmayıllı rayon sakini saxlanılıb

İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən Vəng kənd sakini, 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ.Məmmədov tərəfindən aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 6 kiloqrama yaxın 13 çətənə bitkisi aşkar edilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.