logo

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb

18:51 05-02-2018 | icon 2142
Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb

İstirahət günlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat və profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Neftçala rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Xalid Abdullayevdən “İJ-12” markalı tüfəng və 47 patron, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri Rizvan Fərzəliyevdən, Elməddin, Nemət və Araz Soltanovlardan müvafiq sənədləri olmayan ümumilikdə dörd “İJ” markalı tüfəng və 37 patron, Oğuz rayon Polis Şöbəsinin əməkdaşları Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Vaqif Fərzəliyevdən “İJ-16” markalı tüfəng götürüblər.

Bakı şəhər sakini Əzizağa Vəliyev isə istifadəyə yararsız vəziyyətdə olan “Cobra” markalı tüfəngi və “İJ-53-M” markalı pnevmatik tapançanı könüllü olaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə təhvil verib.