Şimal bölgəsində modul tipli məktəblərin sayı 35-ə çatacaq
2018-2019-cu tədris ilinin başlanmasına kimi şimal rayonlarında inşa edilən modul tipli məktəblərin sayı 35-ə çatacaq. YeniAvropa xəbər verir ki, ötən il ərzində Azərbaycanın şimal rayonlarında 12 modul tipli məktəb inşa edilərək şagirdlərin istifadəsinə verilib. Qusar və Xaçmaz rayonlarının hər birində dörd belə təhsil ocağı tikilib. Quba və Şabran rayonlarının hər birində isə iki modul tipli məktəb inşa olunub. Yaxın günlərdə Xaçmazın Əzizli kəndinin şagirdləri də yeni məktəbdə təhsil alacaqlar. Buradakı ibtidai məktəb üçün binanın tikintisi başa çatmaq üzrədir.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, 2018-ci ildə şimal bölgəsinin altı rayonunda ümumilikdə 22 yeni modul tipli məktəbin tikintisi həyata keçiriləcək. Dövlətimizin başçısının Sərəncamına əsasən Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı üçün dövlət büdcəsindən 6 milyon 870 min manat vəsait ayrılıb. Yeni tikiləcək 22 məktəbdə ümumilikdə 1500-ə yaxın şagirdin keyfiyyətli təhsil alması üçün hər bir imkan yaradılacaq. Bu məktəblərin 8-i Qubada, 4-ü Xaçmazda, 4-ü Qusarda, 3-ü Şabranda, 2-si Siyəzəndə, biri isə Xızı rayonunda inşa olunacaq.
2018-ci ildə tikiləcək 22 modul tipli məktəblərin inşası 2018-2019-cu tədris ilinin başlanmasına kimi yekunlaşacaq. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olmaları ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Fərhad Əmrahov bildirib ki, modul tipli məktəblərlə yanaşı, bu il Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün 432 şagird yerlik yeni binanın tikintisi də həyata keçiriləcək. Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin binasının isə əsaslı təmiri nəzərdə tutulub.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov