İyulun 25-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında 1974-cü il təvəllüdlü Gülnarə Müslümova “KIA Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.