logo

Həftə sonuna olan hava proqnozunu açıqlanıb

18:55 26-07-2019 | icon 2667
Həftə sonuna olan hava proqnozunu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - iyulun 27-28-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən  YeniAvropa -ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində gün ərzində yağış yağacağı gözlənilir. Yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33°, dağlıq rayonlarda 21-26° isti olacaq.

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 28-də səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-34° isti olacağı ehtimal edilir.

Aran rayonlarının bəzi yerlərində iyulun 28-də yağış yağacağı, şimşək çaxacağı, iyulun 29-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 33-38° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin iyulun 28-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 33-38° isti olacağı bildirilir.

Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın maksimal temperaturu 30-34° isti olacaq.