İyulun 25-də gündüz saat 11 radələrində Ağsu şəhərindən 20 kilometr şərqdə Ləngəbiz sıra dağlarında (bu əraziyə Keçdəməz dağı da deyilir) baş verən yanğınla mübarizə gecə saat 23 radələrində başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən YeniAvropa-ya bildirilib ki, yanğınla mübarizədə Ağsudan 2, Şamaxı və Göyçayın hərəsindən 1 yanğınsöndürən maşın, habelə ümumilikdə 81 nəfər canlı qüvvə iştirak edib. İsti və güclü külək şəraitində rayonun Bico və Keçdəməz ərazilərində 70 hektar kol-kos sahəsi yanıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.