logo

Paytaxtda 7 pulsuz çimərlik yaradılacaq

11:49 26-07-2019 | icon 2730
Paytaxtda 7 pulsuz çimərlik yaradılacaq

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyəti dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.