Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 270 kvadratmetr olan tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa -ya bildiriblər ki, hadisə nəticəsində tikilinin dam örtüyünün 50 kvadratmetri və ümumi sahəsi 70 kvadratmetr olan evin mətbəxinin tavanı və içərisindəki əşyalar 12 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.