İyulun 25-də gündüz saat 11 radələrində Ağsu şəhərindən 20 kilometr şərqdə Ləngəbiz sıra dağlarında (bu əraziyə Keçdəməz dağı da deyilir) yanğın baş verib. Yanğın rayonun Keçdəməz kəndinin şimal dağlıq ərazisində, kol-kos sahəsindədir.
YeniAvropa xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, hadisədən dərhal sonra yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Hazırda ərazidə 15 nəfər canlı qüvvə və 3 yanğınsöndürən maşın alovla mübarizə aparır. Qonşu Şamaxı rayon yanğından mühafizə hissəsindən də kömək çağırılıb.