logo

Sabah  Bakıda 33° isti olacaq, bölgələrdə leysan yağacaq, dolu düşəcək

12:59 25-07-2019 | icon 2856
Sabah  Bakıda 33° isti olacaq, bölgələrdə leysan yağacaq, dolu düşəcək

Azərbaycanda iyulun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24°, gündüz 29-33° isti, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 19-24° isti olacağı ehtimal edilir.