Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən YeniAvropa-ya bildirilib ki, Qusar rayon Polis Şöbəsinin (RPŞ) Samur Polis Bölməsinin əməkdaşları rayonun Kufoba kənd ərazisində yabanı halda bitən hündürlüyü 130 santimetrə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolu aşkar ediblər. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.