Bərdə rayonunda iki qadını ilan sancıb və hazırda onların vəziyyətləri orta ağır olaraq qalır.
YeniAvropa xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Qeyd edilib ki, xəstələrdən biri rayonun Lənbərən kənd sakini, 1983-ci il təvəllüdlü Gülnarə Bayramova , digəri isə rayonun Əyricə kənd sakini 1968- ci il təvəllüdlü Südabə Əsgərovadır. Hər iki qadın xəstəxanaya yerləşdirilib və hazırda travmatologiya şöbəsində müalicə olunurlar.
Həkimlər hər iki yaralıya lazımı tibbi yardım göstərirlər.