logo

Azyaşlı uşaqları xəstəxanaya atılan ata tapıldı

17:28 23-07-2019 | icon 2786
Azyaşlı uşaqları xəstəxanaya atılan ata tapıldı

Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılan azyaşlılara atası sahib çıxıb.

YeniAvropa xəbər verir  ki, bu barədəx xəstəxananın baş həkimi Rafael Mustafayev  məlumat verib və bildirib ki, ata xəstəxanaya gələrək uşaqlarını aparmaq istədiyini deyib.

Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov də  hadisə ilə bağlı təfsilatı danışıb.

Onun sözlərinə görə, dünən axşam təxminən saat 9-da iki nəfər yanlarında iki uşaqla xəstəxanaya gəlib. “Onlar növbətçi həkimə uşaqları küçədən tapdıqlarını, buna görə də, xəstəxanaya yerləşdirmək istədiklərini deyiblər. Növbətçi həkim məruzə etmək üçün gözləmələrini xahiş edib. Geri qayıdanda isə görüb ki, onlar uşaqları dəhlizdə qoyaraq gediblər. Uşaqlardan birinin 8 yaşı var, digəri 6 aylıqdır”, -  mətbuat katibi bildiib.

Dərhal Bərdə rayon İcra Hakimiyyətinə, hüquq-mühafrizə orqanlarına məlumat verilib, uşaqlar üçün palata ayrılıb.

Araşdırma zamanı bəlli olub ki, uşaqları xəstəxanaya gətirənlər yad deyil, onların ana tərəfdən doğma nənəsi və babasıdır. Uşaqların da məhz ailə münaqişəsi zəminində atıldığı güman edilir.

Xəstəxanaya gələn ata deyib ki, uşaqlarına qarşı tərəfin sahib çıxmırsa, özü onlara baxa bilər. Uşaqlar müayinə ediliblər, vəziyyətləri yaxşıdır.

Araşdırmadan sonra  uşaqların hansı valideyndə qalması ilə bağlı qərar veriləcək.