logo

Gürcüstanda azərbaycanlıları avtomobil yolunu bağladılar

15:33 22-07-2019 | icon 2814
Gürcüstanda azərbaycanlıları avtomobil yolunu bağladılar

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar və gürcülərin birgə yaşadığı Qambori kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

 YeniAvropa xəbər verir  ki, sakinlər kənddə içməli su probleminin həll olunmasını tələb ediblər.

Kəndin mərkəzi avtomobil yolunu bağlayan sakinlər 15 ildir susuzluqdan əziyyət çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, problemlə bağlı Saqareco bələdiyyəsinə dəfələrlə müraciət olunsa da, məsələ həll olunmamış qalıb.

Polisin müdaxiləsindən sonra etirazçıların bağladığı yolda hərəkət qismən bərpa olunub.

Qambori sakinləri Saqareco bələdiyyəsinin rəhbər şəxsləri ilə görüş tələb edirlər.