QMİ-nin Gürcüstan nümayəndəsi də "Keşikçidağ"la bağlı bəyanat verdi
Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərboyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir.
YeniAvropa xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin "Keşikçidağ" məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: "..Biz ümidvarıq ki, "Keşikçidağ" məbədi ətrafında yaradılmış süni problem aidiyyəti qurumlar tərəfindən tezliklə həllini tapacaqdır, inşallah. Bu istiqamətdə işlər gedir və öz hüquqi həllini tapacaq. Biz dindarlar bunun üçün Bir Olan Yaradanımıza dualar edir, xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik. Biz, Gürcüstan və Azərbaycanın sağlam düşüncəli qüvvələri, siyasiləri, ictimai və din xadimləri, siravi vətəndaşları yalnız səylərimizi birləşdirməklə bütün problemləri, anlaşılmazlıqları aradan qaldıra bilərik. Kənardan müdaxilə və təxribatlar yolverilməzdir. Ağsaqqallarımız olan dini liderlərimizin birmənalı mövqeyi olduqca mühümdür.
"Keşikçidağ" məbəd-kompleksi ətrafında yaranmış məsələyə dair ötən aylarda Katolikos-Patriarx II İlyanın müdrik ağsaqqal mövqeyinin, təmkinli, xalqlarımız arasında sülh və qardaşlığın qorunub saxlanılmasını prioritet sayan yanaşmanın şahidi olduq. Bu məsələləri kənardan körükləyənlərə qarşı II İlya həzrətlərinin kəskin mövqeyi və ciddi etirazı özünü gözlətmədi. Bu məsələdə maraqlı olan kənar qüvvələrin rolunu da istisna etməyən patriarxlıq bunun yolverilməz olduğuna dair qətiyyətli mövqe bildirdi.
Dini hissələrdən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir və dini qarşıdurma yaratmaq cəhdi ikrah doğuran haldır. Biz, Gürcüstan və Azərbaycan dindarları dövlətlərimizin və dini liderlərimizin mövqeyindən çıxış edərək bu yolda öz səylərimizi əsirgəməyəcək, xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin təxribatlarına uymayacağıq. Bədxahlarmızın, marağı olan qüvvələrin məkrli niyyətləri tarixi qardaşlıq və ənənəvi Qafqaz müdrikliyi qarşısında puç olacaqdır, inşallah!", - deyə bəyanatda bildirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb