İyulun 20-də dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, xilasetmə əməliyyatları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna, Hövsan, Qızılqum və Mərdəkan sularında xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazilərində aparılıb.