Bakıda avaralıq və dilənçiliklə məşğul olanlar saxlanılıb.
YeniAvropa xəbər verir ki,bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 22 nəfər saxlanılıb.
Onlardan 7-i qadın, 13 nəfəri isə azyaşlıdır.