İyun-iyul aylarında Binəqədi rayon ərazisindəki dörd evdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən, Cəlilabad rayon sakini olan yeniyetmə Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, iyulun 2-də Nəsimi rayon ərazisində “Toyota” markalı avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev isə Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.