logo

Külli miqdarda balıq kürüsünün ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

14:31 20-07-2019 | icon 2709
Külli miqdarda balıq kürüsünün ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  YeniAvropa -ya bildirilib ki, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş irihəcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.