Oğurluqla məşğul olan şəxslər polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, cari il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən Abşeron rayon sakini C.Şükürov Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlandığını bildirib.
Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.