İyulun 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və əməkdaşlığın perspektivləri müzakirə edilib.