logo

Bakıda geyim mağazası qarət olundu

17:32 17-07-2019 | icon 2940
Bakıda geyim mağazası qarət olundu

Paytaxtda geyim mağazasından oğurluq olub.

YeniAvropa xəbər verir  ki,  hadisə iyulun 15-i gecə saatlarında Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 134 ünvanında baş verib.

İki nəfər kişi mağazanın qapısını açaraq içəri giriblər. Onlar kassadan planşet və pul götürərək ərazini tərk ediblər. Naməlum şəxslər mağazanın müşahidə kamerasına düşüblər.

Faktla bağlı araşdırma aparılır.