logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

15:59 17-07-2019 | icon 2751
İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən YeniAvropa-a bildirilib ki, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırlması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarınadək məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.