logo

İlin əvvəlindən 7082 boşanma halları qeydə alınıb

15:07 17-07-2019 | icon 2793
İlin əvvəlindən 7082 boşanma halları qeydə alınıb

Cari ilin beş ayı ərzində 23 min 684 nikah və 7082 boşanma halları qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər. Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 709 nəfər Azərbaycana gələn, 597 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 112 nəfər təşkil edib.