Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu müzakirə edilib
“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu” mövzusunda dəyirmi masa keçirilib.
YeniAvropa xəbər verir tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, QHT nümayəndələri, KİV rəhbərləri iştirak edib.
Ə.Nuriyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürür. Hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur. Onun sözlərinə görə, hazırda bu məsələ Azərbaycan cəmiyyəti üçün də aktualdır və sözügedən layihə bu istiqamətdə töhfə verəcək.
“Güzəran” Sosial Araşdırmalar İB sədri Qadir İbrahimli bildirib ki, dəyirmi masada məhz vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin bərqərar olmasında nə etdiyi, nə etməli olduğu, hansı çağırışlarla üzləşdiyi barədə müzakirələr aparılcaq. Məqsəd yeni ideya və yanaşmaların axtarılması, QHT-lər üçün tövisyyələrin hazırlanmasıdır: “Hazırda qlobal qeyri-sabitlik dövründə vətəndaş mədəniyyəti qeyri-sabitlikdən, cəmiyyətdə harmoniyanın pozulmasından əsas sığortalayıcı dəyərlər sistemi kimi qəbul olunur. Mürəkkəb geosiyasi regionda yerləşən və vaxtaşırı xarici təsirlələr üzləşən Azərbaycan üçün də vətəndaş mədəniyyəti dəyələrinin güclü şəkildə bərqərar olması aktualdır. Vətəndaş cəmiyyəti dəyərlərin geniş təşəkkül tapması ən yaxşı qoruyucu mexanizm kimi qiymətləndirilməlidir. Bu baxımdan bu mövzuda müzakirələr axtarışlar çox aktualdır və hər birinizin fikiri çox dəyərlidir”.
Qadir İbarhimli əlavə edib ki, bu fikirlər sonra İstiqlal.az saytında yaradılan “Vətəndaş mədəniyyəti” bölməsində öz əksini tapacaq.
Layihə eksperti Zaur İbrahimli "Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu və vəzifələri " mövzusunda məruzə ilə çıxış edib.
QHT və KİV rəhbələri öz təkliflərini veriblər. “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev “Vətəndaş mədəniyyəti” adlı vəsaitin nəşr edilməsini təklif edib. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli gənclər üçün bu mövzuda maariflənmə aparılmasını, Qadınar Arasında Həmrəylik İB sədri Ruhangiz Hüseynova zorakılıq, ayrıseçkilik ideologiyasına qarşı vətəndaş mədəniyyəti dəyərlərinin təşviqini təklif ediblər.
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq