logo

"AZAL"ın təyyarəsi quşla toqquşdu

12:59 17-07-2019 | icon 2772
"AZAL"ın təyyarəsi quşla toqquşdu

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

YeniAvropa xəbər verir  ki, bu barədə "AZAL"dan  bildirilib. Qeyd edilib ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.