logo

Azərbaycanda  5 ayda 56 min 254 körpə doğulub

11:55 17-07-2019 | icon 2947
Azərbaycanda  5 ayda 56 min 254 körpə doğulub

Bu ilin 5 ayı ərzində Azərbaycanda 56 min 254 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəmdir.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin yanvar-may aylarında ölkədə 24 min 690 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.