İyulun 16-da axşam saat 18 radələrində Şamaxıda dörd ailəyə məxsus 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
YeniAvropa xəbər verir ki, hadisə Şamaxının Aşıq Məmmədağa küçəsində Əhmədov Çilləxan Şirməmməd oğluna və üç oğluna məxsus fərdi evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin ilkin olaraq elektrik qısaqapanmasından baş verdiyi ehtimal olunur. Otaqların birində açıq halda 8 ton ot olduğu da bildirilir. Bu da evin əşyaları ilə birlikdə tamamilə yanıb külə dönməsinə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.