“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.
YeniAvropa xəbər verir ki, İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin əmrilə qurumun İcitmiayyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev vəzifəsindən azad edilərək, Şikayətlərin araşdırılması şöbəsinin rəisi təyin olunub. Onun yerinə isə tanınmış jurnalist Ceyhun Səfərov gətirilib.
“Bu gündən etibarən İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olaraq vəzifəmin icrasına başlamışam. İbrahim Kərbalayev isə qurumda digər vəzifəyə keçirilib”.
Şöbə rəisi bundan sonrakı fəaliyyətində jurnalistlər, mətbuat nümayəndələrilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyini açıqlayıb:
“Demək olar ki, əksəriyyətlə tanışıq, əlaqələrimizi daha da genişləndirib effektiv iş ortaya qoymağa çalışacağıq. Hamımız üçün xeyirli olsun”.(Modern.az)