Dövlət Sərhəd Xidmətinin və Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kebeloba kəndinin ərazisində 3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 9 ton olan 6 min çətənə kolu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya bildiriblər ki, aşkarlanan çətənə kolları məhv edilib.
Bundan əlavə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında Aşağı Göyçəli kənd sakini X.Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 27 çətənə kolu aşkarlayaraq götürüblər.