logo

Məhkəmə  dənizi hasarlayan "Sədərək" TM və "Qafqaz TV"nin sahibini cərimələdi

16:58 16-07-2019 | icon 2856
Məhkəmə  dənizi hasarlayan "Sədərək" TM və "Qafqaz TV"nin sahibini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşhur iş adamı, "Sədərək" Ticrarət Mərkəzinin sahibi Yusif Qədimbəylini Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələyib.

YeniAvropa xəbər verir  ki, o, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirli bilinib. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.("Report")