logo

SOCAR “Günəşli” yatağındakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb

11:15 16-07-2019 | icon 2716
SOCAR “Günəşli” yatağındakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb

İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib. İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

 YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR məlumat yayıb. Məlumatda qeyd edilir ki, hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.