logo

Şəki Xan Sarayında üstünə ağac düşən turist öldü

20:50 15-07-2019 | icon 3003
Şəki Xan Sarayında üstünə ağac düşən turist öldü

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edək ki,  1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva xəstəxanaya sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu ilə yerləşdirilmişdi.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Hadisə zamanı 19 nəfər xəsarət alıb.Onlardan 2-si Rusiya , 5-i isə Suriya vətəndaşıdır. 

2-22