İyulun 15-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.
YeniAvropa Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 19:00-da “IA 429” saylı Süleymaniyədən Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 20:00-da Bakıdan Süleymaniyə istiqamətində “IA 430” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.
Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.