logo

İlin ikinci Ay tutulması baş verəcək

11:56 15-07-2019 | icon 2877
İlin ikinci Ay tutulması baş verəcək

İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə,  proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.