logo

Şəki Xan Sarayında xəsarət alanlar arasında xarici turistlər də var 

14:43 14-07-2019 | icon 2786
Şəki Xan Sarayında xəsarət alanlar arasında xarici turistlər də var 

İyulun 14-də saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib.

Dövlət Turizm Agentliyindən  YeniAvropa -ya verilən məlumata görə, xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.

İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan xəstəxanaya yerləşdirilən 2 şəxsə görə yüksəkixtisaslı mütəxəssislər çağırılıb.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən kimi Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə yola düşüb.

Cəmiyyətin daha dəqiq məlumatlandırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə ətraflı açıqlamanın yayılması nəzərdə tutulur.