Bü gün səhər saatlarından Şəki rayonunda əsən güclü külək Xan Sarayının qarşısındakı çoxəsirlik yaşlı çinar ağacın budağını qırıb. Qırılan budaq sarayı ziyarətə gələnlərin üstünə düşüb və vahimə yaradıb.
YeniAvropa xəbər verir ki, bu barədə YouTube sosial şəbəkəsində hadisə ilə bağlı görüntülər yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib:
"Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir".
Eyni zamanda qeyd olunub ki, xəstəxanadakı 2 xəstəyə görə, paytaxtdan yüksək ixtisaslı mütəxəsislər çağırılıb.
Xatırladaq ki, sarayın qarşısındakı Xan Çinarı 1530-cu ildə əkilib. Çinarın gövdəsi 7,3 , hündürlüyü isə 34 metrdir. Xan sarayının qarşısında olan çinarlar “Qırmızı kitab”a salındığından onları kəsmək qadağandır. Çinarlar Şərq çinarı növünə aiddirlər.