Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Qeyd edilib ki, o, bu gün axşam saat 21 radələrində dünyasını dəyişib. Mərhum sabah torpağa tapşırılacaq. Onunla vida mərasimi Şüvəlan qəsəbəsində keçiriləcək.