“Buta Airways” şirkətinin saat 07:46-da Bakıdan yola düşən “J2 9227” saylı aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
YeniAvropa aviaşirkətə istinadla xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib. Təyyarənin geri qayıtmasına səbəb Batumi Hava Limanında müşahidə edilən qeyri-sabit hava şərait olub.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.