Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 19 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.