logo

118 ton Azərbaycan kənd təsərrüfatı məhsulu Rusiyaya buraxılmadı

21:55 10-07-2019 | icon 2968
118 ton Azərbaycan kənd təsərrüfatı məhsulu Rusiyaya buraxılmadı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub.

 YeniAvropa xəbər verir  ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.

Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyub. "Rosselxoznadzor" nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah ediblər.(“Report”)