Bakının yağış və məişət suları axan ərazilərində drenaj sistemlərinin qurulması ilə bağlı layihələr nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O, bildirib ki, layihələrin cari ildə reallaşdırılması planlaşdırılır. Paytaxtın Binəqədi, Sabunçu və bir sıra rayonlarında kanalizasiya sisteminin olmaması ilə əlaqədar subasma hallarının baş verməsi məlumdur. "Azərsu" ASC bu istiqamətdə tədbirlər görür, layihə planları hazırlanır.