logo

Örən gün respublika üzrə 97 cinayət faktı qeydə alınıb

12:15 03-02-2018 | icon 1932
Örən gün respublika üzrə 97 cinayət faktı qeydə alınıb

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il fevral ayının 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. YeniAvropa xəbər verir  ki,  verilən məlumatda pespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktının qeydə alındığı, onların da 27-nin “isti izlər”lə açıldığı qeyd edilib. Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyətı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.