Bu gün səhər saatlarında Masallıda baş verən dəhşətli qəzada həlak olanların adları açıqlanıb.
YeniAvropa FHN-ə istinadla xəbər verir ki, onlar arasında ata və iki azyaşlı oğlu da var.
Vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, onun azyaşlı övladları- Rzayev Hikmət Əsgər oğlu və Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, eləcə də hələlik şəxsiyyəti tam dəqiqləşdirilməyən Murtac və Ələkbər adlı şəxslərdir.
Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.
Ağır bədən xəsarəti alan digər bir qadın isə Masallı rayon xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumatda qadının hazırda reanimasiyada və vəziyyətinin ağır olduğu bildirilib.
Xatırladaq ki, “KamAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.
İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.