Bakıda 89 əcnəbi Hindistan vətəndaşı saxlanılıb
Bakının Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan vətəndaşı saxlanılıb.
Dövlət Miqrasiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31-nin ölkədə viza müddətinin bitdiyi, 19-nun Azərbaycan Respublikasına gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və bir nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkarlanıb.
Həmin əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq, Azərbaycana gətirilməsini Hindistan vətəndaşı 1965-ci il təvəllüdlü Mohammad Sakirin öz həmvətənləri Alimuddin Şaix, SK Allaraxa, Patan Junedxan Mukimxan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi müəyyənləşib.
Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana 2018-ci il yanvarın 14-də işgüzar səfər məqsədilə gəldiyi və yanvarın 20-də Bakının Nəsimi rayonunun Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanında olduğu yer üzrə (qəbul edən tərəf: Qədirov Rüşdü Qurbanəli oğlu) qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar - 1994-cü il təvəllüdlü P.J.Mukimxanın ölkəyə sonuncu dəfə 2017-ci il noyabrın 25-də daxil olduğu, Azərbaycan Texniki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq 2017-ci il dekabrın 27-dən 2018-ci il oktyabrın 30-dək etibarlı olan müvəqqəti yaşama icazəsi aldığı, 1985-ci il təvəllüdlü Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsasında 2018-ci il aprelin 30-dək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.
Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mohamed Sakir, Patan Junedxan Mukimxan, Alimuddin Şaix saxlanılıblar. Qrupun digər üzvü “Munna” ləqəbli SK Allaraxa məsuliyyətdən yayınmaq məqsədilə 2018-ci il yanvarın 31-də ölkə ərazisini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.
Qeyd olunan mütəşəkkil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarına iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dolları məbləğində pul alıb və onların Azərbaycanda leqallaşdırılmasını təmin edəcəklərini vəd veriblər. Onlar Azərbaycana gətirilməsini təşkil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft buruqlarında işə düzəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əmək haqqı adı altında 600 manat məbləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qazanıblar. Təşkilatçılar öz həmvətənlərini dələduzluq yolu ilə vəsaitlərini mənimsəyib və həmin əcnəbilərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıblar.
O cümlədən Sajid Frazın həyat yoldaşı Azərbaycan vətəndaşı, 1992-ci il təvəllüdlü Günel İlqar qızı Fraz (Qasımova) əcnəbilərin universitetlərə qəbul olunmalarını təşkil edəcəyini vəd verib.
Bundan əlavə, Azərbaycan vətəndaşı, 1963-cü il təvəllüdlü Bakı şəhəri, Xətai rayonunun Naximov küçəsi, ev 10/3B ünvanında qeydiyyatda olan Hümbətov Vətən Məmmədəli oğlu və onun qayınanası Azərbaycan Respublikasının vətəndaşı, 1953-cü il təvəllüdlü, Bakı şəhərinin Qara Qarayev prospekti, ev 116, mənzil 99 ünvanında qeydiyyatda olan Nağıyeva Rəfiqə Qaraoğlan qızı həmin əcnəbilərdən bir qismini Bakı şəhəri, Ramana qəsəbəsindəki ünvanda yaşayış sahəsi verilməsini təşkil edib.
Eyni zamanda, digər Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonunun Balaxanı qəsəbəsi, Musavi küçəsi, ev 22 ünvanında qeydiyyatda olan Əsgərova Vəfa Telman qızı həmin əcnəbilərdən səkkiz nəfərinə Balaxanı qəsəbəsindəki ünvanda yaşayış sahəsi verib.
Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri sübuta yetirilib, faktlar öz təsdiqini tapıb və mövcud qanunsuz miqrasiya kanalı tamamilə ifşa edilib.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb