Yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirləri fasiləsiz həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Lerik rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitmiş 2,7 tona yaxın 22 min 330 xaş-xaş kolu aşkarlanaraq məhv edilib.