Masallı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəyəçöl kənd sakini, əvvəllər məhkum olunmuş D.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, onun evinə baxış zamanı isə 1,1 kiloqramdan artıq marixuana və çətənə toxumları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.